Kimya kafedrasının baş müəllimi Əliyeva Vüqarə Surxay qızının Biologiya ixtisasının I kursunda “Ümumi kimya” fənnindən “Duzların hidrolizi” mövzusunda laboratoriyadan açıq dərsi olmuşdur. Açıq dərsdə kafedranın əməkdaşlarından dos.A.Məmmədova, dos.S.İbrahimli, dos.M.Vəliyev, b/m.F.Alverdiyeva, b/m.A.Zeynalova, b/m.L.Namazova, b/m.Ü.Sadıqova iştirak etmişlər.
Açıq dərsdə diqqəti cəlb edən əsas məsələ bütün qrupun dərsə hazır olması və mövzuya aid sual-cavabda aktiv iştirak etməsi oldu. Dərs zamanı müəllim nəzəriyyə ilə praktikanı əlaqələndirən izahlar verərək öz izahlarını dərsin gedişi zamanı təcrübələr vasitəsilə tələbələrə çatdırdı.