Qara Yanvar
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə keçmiş Sovet İttifaqı tərəfindən qoşun yeridilmiş və dinc əhaliyə divan tutulmuşdu. Nəticədə yüzlərlə insan qətlə yetirildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.