Kimya və biologiya müəllimliyi ixtisasının II kursunda Ümumi pedaqogika kafedrasının müəllimi Əliyeva Pərvanə Fizuli qızının Pedaqogika fənnindən “Təlimin mərhələləri, metodları və vasitələri” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev və Ümumi pedaqogika kafedrasının müəllimləri iştirak etdilər.
Açıq dərsdə tələbələrin sualları cavablandırıldı. Tələbələr üçün maraqlı olan suallardan biri də Təlimin metodları haqqında idi. Müəllim təlim metodlarında çox geniş istifadə olunan növlər (kitab üzərində iş, kompyuterlə iş, nümunə, əyanilik və s.) haqqında geniş məlumat verdi.