Kimya kafedrasının dosenti Rzayeva Mətanət Firuddin qızının Kimya müəllimliyi ixtisasının I kursunda Qeyri-üzvi kimya fənnindən “IV qrupun əsas yarımqrup elementləri. Karbon” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə dekan müavini dos.M.Həsənov, dos.A.Məmmədova, k.ü.f.d.S.Mehdiyeva, k.ü.f.d.X.Kəsəmənli iştirak etmişlər. Dərsdə IV qrup elementlərinin ümumi xarakteristikası verilməklə yanaşı, karbonun hibrid vəziyyəti və əmələ gəlməsi, allotropik şəkildəyişmələri, kimyəvi xassələri haqqında slaydlar üzərində geniş elmi məlumatlar verildi.