ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşları ekspedisiyada olmuşlar

Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşları elmi-tədqiqat işinin “Qərb bölgəsində torpaqların səhralaşma problemi” adlı mövzusunda aparılması məqsədilə 17.05.2019-cu il tarixində ilk dəfə olaraq Göy-göl Milli Parkının ərazisinə aid olan “Göz-göl” və “Ördək gölü”nə səyahət etmişdilər. Milli Parkın inzibati binasının işçiləri bələdçilik edərək, çətin olan cığırlarla nəzərdə tutulan əraziyə keçməkdə kafedranın əmkdaşlarına yaxından köməklik göstərmişlər. Ərazinin ekosistemi ilə maraqlanaraq, tədqiqat üçün müəyyən nümunələr götürüldü.