FERMENTLƏRİN KİMYƏVİ TƏBİƏTİ VƏ QURULUŞU MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

Botanika kafedrasının baş müəllimi Aynur Hüseynzadənin Biologiya ixtisasının III kursunda Enzimologiya fənnindən açıq dərsi keçirildi. Açıq dərsdə dekan dos.İ.Alverdiyev, kafedra müdiri AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dos.M.Həsənov və kafedranın digər əməkdaşları iştirak etdilər. Fermentlərin zülal təbiətliliyini sübut edən dəlillər nümayiş etdirilməklə yanaşı həm də mürəkkəb fermentlərin quruluşunda vitaminli və qeyri vitaminli kofermentlərin rolu haqqında geniş məlumat verildi. Aparılan müzakirələrin sonunda dərs əla ilə qiymətləndirildi.