Kimya kafedrasının dosenti İbrahimli Sahil İsa oğlunun Biologiya müəllimliyi ixtisasının III kursunda Üzvi kimya fənnindən açıq dərsi keçirildi. Açıq dərsdə dekan dos.İ.Alverdiyev, kafedra müdiri dos A.Məmmədova, b/m.F.Alverdiyeva və b/m.L.Namazova iştirak etdilər. Mühazirə plan əsasında müasir təlim texnologiyalarından, internet və ədəbiyyat məlumatlarından istifadə edilməklə hazırlanmışdı. Mühazirədə oksi və aminturşuların təbii nümayəndələri, tətbiq sahələri, alınma üsulları və kimyəvi xassələri haqqında geniş məlumat verildi.