07.01.2020- ci il tarixdən 10.01.2020-ci il tarixinə qədər fakültəmizin bir sıra əməkdaşları b.e.d.dos. V.F.Məmmədova, dos.A.A.Bayramova, dos. T.V.Rüstəmova və k.ü.f.d. X.H.Kəsəmənli Avropa Komissiyası tərəfindən maliyyələşən “Erasmus+EQAC Azərbaycan Universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi” lahiyəsi çərçivəsində Bakı Biznes Universitetində baş tutan təlimdə iştirak etmişlər. Təlimdə ali təhsildə tələbə yönümlü yanaşma, Milli Kvalifikasiya çərçivəsində tədris, təlim və qiymətləndirilmə metodlarının əlaqələndirilməsi müzakirə edilmişdir. Sonda təlimdə iştirak edən əməkdaşlarımız Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+EQAC Azərbaycan Universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi” lahiyəsinin sertifikatı ilə təltif edilmişlər.