16.09.2020-ci il tarixində Gəncə Dövlət Universitetinin Biologiya və Kimya fakültəsində müəllim və tələbə heyəti arasında Microsoft Teams platformasında 20 Yanvar Faciəsinin Anım günü ilə bağlı onlayn görüş keçirildi. Baş tutan tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Biologiya və kimya fakültəsinin dekanı İ.C.Alverdiyev, Dos.Yeganə Aslanova və fakültəmizin tələbələri iştirak etdi.
Elə səhifələr var idi ki, özəyində gözü önündə tanklar altında qalan insanları görən körpələri, can verməyə gedərkən canı alınan insanları gizləyirdi…Bu o səhifələrdir ki, orada yazılan tarixdə bizim əzizlərimizin adı qərənfil ləçəkləri ilə yazılmışdı…Bunun üçündə xalq gərək öz kökünü,tarixini daim xatırlasın…Tarixin də təbiət kimi hər zaman öz qanunları olub…Nə qədər ki, biz onu xatırlamayacağıq o unudulacaq… Bunun nəticəsi olaraq yurddaşı olduğumuz xalq hər il 20 yanvar tarixində Prezidentimiz İlham Əliyevlə birlikdə şəhidlər xiyabanına axışır və o gün olduğu kimi bu gün də qərənfillə sarır məzarları…Onu da qeyd etmək lazımdır ki, İlham Əliyev xalqın arasında bu günün xüsusi ilə alınmasına çox böyük diqqət edir.
Bizim vəzifəmiz isə o yaşananları görübdə susan dünyaya hayqırmaqdır.. Kitablarda sözcüklərə çevrilən həyatları, arzuları yaşatmaqdır….
Biz 31 il öncəni unutmadıq, unutmayacağıq. Ruhun şad olsun canı qədər sevib birlikdə qocalmayan Alahverdiyevlər..Xəyalları torpağa dönən 13 yaşlı can…Və daha neçə o gün qanı ilə yaz yağışı olub Bakının küçələrini isladan 170 sakin!
Bütün qəlbimizlə inanırıq ki gələcəkdə Ali baş Komandamız İlham Əliyevin uğurlu siyasəti nəticəsində tarixə qara hərflərlə yazılan bu günlər bir daha yaşanmayacaq . Çünki artıq Azərbaycanın gələcəyi daha parlaq və sarsılmaz bir qələmlə yazılır. Hansı ki artıq bu səhifədə Qarabağın Azərbaycana qovuşduğu sözləri altın hərflərlə qeyd olunub. Təbii ki, bunlar Ali Baş Komandanın, müzəffər ordumuzun sayəsində olmuşdur. Ümid edirik ki, tarix səhifələrinə öz qanı canı ilə tarix yazan igidlərimizin ruhu şaddır.