açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Aytac Məmmədovanın Biologiya ixtisasının III kurs tələbələrinə “Mərkəzi sinir sistemi və sensor fəaliyyət” fənindən “Refleks müddəti və onun təyini” mövzusunda açıq dərsi keçirildi. Dərsdə əyani və texniki vasitələrdən istifadə olundu. Açıq dərsdə dekan dos.İ.Alverdiyev, b.e.d.V.Məmmədova və digər əməkdaşlar iştirak etdilər. Yekunda ümumiləşdirici müzakirə aparıldı.