sınaq imtahanı

Kimya kafedrasının dosenti Mətanət Rzayevanın Kimya ixtisası üzrə 2-ci kursda tədris etdiyi «Qeyri üzvi kimya-2» fənnindən aralıq sınaq imtahanı keçirildi. İmtahanda Elm və İnnovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri b.ü.f.d. Afaq Qasımova, AMEA-nın müxbir üzvü prof. Vaqif Novruzov, dos. Aynur Məmmədova və dekan dos. İsfəndiyar Alverdiyev iştirak etdilər.