20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

Fakültəmizdə müəllim və tələbə heyəti arasında 20 Yanvar Faciəsinin Anım günü ilə bağlı tədbir keçirildi. Baş tutan tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev və digər əməkdaşlar iştirak etdilər.

Elə səhifələr var idi ki, özəyində gözü önündə tanklar altında qalan insanları görən körpələri, can verməyə gedərkən canı alınan insanları gizləyirdi…Bu o​ səhifələrdir ki, orada yazılan tarixdə bizim əzizlərimizin adı qərənfil ləçəkləri ilə yazılmışdı…Bunun üçün də xalq gərək öz kökünü,tarixini daim xatırlasın… Bunun nəticəsi olaraq xalqımız hər il 20 yanvar tarixində Prezidentimiz İlham Əliyevlə birlikdə şəhidlər xiyabanına axışır və o gün olduğu kimi bu gün də qərənfillə sarır məzarları…Onu da qeyd etmək lazımdır ki, İlham Əliyev xalqın arasında bu günün xüsusi ilə alınmasına çox böyük diqqət edir.​
Bizim vəzifəmiz isə o yaşananları susan dünyaya hayqırmaqdır.. Biz 32 il öncəni unutmadıq, unutmayacağıq.