Kimya kafedrasının baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Kəsəmənli Xəyalə Hamlet qızı, kafedrada boş olan dosent vəzifəsini tutmaq üçün universitet tərəfindən yaradılan komissiya qarşısında açıq dərs dedi. Açıq dərsdə komissiya üzvləri-Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dos. Şahin Xurşudov, Humanitar məsələlər üzrə prorektor, dos. Gülsüm Fətəliyeva, Baş müşavir, dos.Asif Cavadov, Tədris departamentinin direktoru Elturan Yusibov, İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Elmi katib, dos. Teymur İsmayılov və Kimya kafedrasının dosenti Mətanət Rzayeva iştirak etdilər.
Kəsəmənli Xəyalə “Kimyəvi rabitə və onun tipləri” mövzusunda mühazirə keçdi. Mühazirənin mövzusu kimya elminin nəzəri məsələlərinə həsr olunmuşdu. X.Kəsəmənli, dərsdə çoxlu sayda slaydlar üzərində ətraflı və geniş izahatlar verdi. Çıxışından sonra komissiya üzvlərinin dərsə aid suallarını cavablandırdı və dərs yüksək səviyyədə qiymətləndirildi.