15 aprel 2022-ci il tarixində Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadənin rəhbərliyi və Tələbə Elmi Cəmiyyətinin sədri Ələkbərova Lalənin təşkilatçılığı ilə “Tələbə Elmi Tədqiqat işi – nədir? Necə işlənməlidir?!” mövzusunda seminar keçirildi. Seminarda İnformasiya resurslarının formalaşması şöbəsinin müdiri r.ü.f.d.Aynur Qasımova, dos. Cavid Bağırzadə, Kimya-Biologiya, Fizika və texniki fənlər, Xarici dillər, Tarix-Coğrafiya, Riyaziyyat-İnformatika, İqtisadiyyat-İdarəetmə fakültələrinin tələbələri və Magistratura şöbəsinin magistrantları iştirak etdilər. Aynur Qasımova seminar zamanı günümüzdə tədqiqat işlərinə olan təlabat haqqında həmçinin müasir standartlara uyğun olaraq məqalələrin yazılması barədə tələbələrə məlumat verdi. Cavid Bağırzadə elmi araşdırmalarında qazandığı uğurları və təcrübələrini auditoriya ilə paylaşdı. Son olaraq Magistratura şöbəsinin Qeyri üzvi kimya ixtisasının magistrantı Namazova Zeynəb bakalavriat təhsil pilləsini başa vurub hal-hazırda magistrant olaraq apardığı elmi araşdırmaların əsas hədəfi haqqında məlumat verdi. Hesab edirik ki, bu dəyərli tövsiyyələr gənc tədqiqatçılarımız üçün stimulverici istiqamət olacaqdır.