Tələbə həmkarlar təşkilatının seminarı keçirildi

20.04.2022-ci il tarixində “Xəyalları gerçəkləşdirmək üçün heç də gec deyil” mövzusunda seminar təşkil olundu. Seminarın əvvəlində tələbələrə gələcək planları, kariyeralarının istiqamətləndirilməsi üçün görəcəkləri işlər barəsində  blanklar təqdim olundu. Seminarın Növbəti mərhələsində  Kimya-biologiya fakültəsinin THIT-nin sədri Aysu Nəbizadə və Motivator klubunun sədr müavini Hacıyeva Zeynəb tərəfindən video çarx, slaydlar təqdim olunub, tələbələrlə motivasiya xarakterli söhbətlər aparıldı.
Ümid edirik təşkil olunan seminarimiz tələbələrin gələcək hədəflərinə kilidlənməsində mühüm bir mövqe tutacaqdır.