İkinci Vətən müharibəsində ölkəmizin igid oğulları bir yumruq olub ali baş komandanımız cənab İlham Əliyevin ətrafında bir yumruq olub birləşdi. Erməni vandallarının layiqli cavabını verdi. Onları əzəli torpaqlarımızdan qovub çıxardı. Vətən fatehlərinə fakültəmizin məzunlarından Xıdırov Elgün və İmanov Səməndər də qoşuldu. İgidliklə düşmənin gözünün içinə düz baxdılar, torpaqlarımızın bütövlüyü üçün canlarından keçdilər. Bütövlükdə GDU-nun bütün kollektivi, onların təhsil almasında rolu olan Kimya və biologiya fakültəsinin professor-müəllim heyəti və tələbə kollektivi şəhidlərimizi ehtiramla anır, valideynlərinə, bacı qardaşlarına və bütün qohumlarına səbr diləyirik.
Allah rəhmət eləsin!