16 noyabr 2022- ci il tarixində GDU-nun Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşları, doktorantları, ixtisas üzrə təhsil alan tələbələr həmçinin dayanıqlı “Ağıllı şəhər” və Regional Mərkəz layihəni dəstəkləyənlərlə birgə Heydər Əliyev parkında qazılan çalalara 100-dən artıq meyvə ağacları əkmişlər. Torpağa basdırılan tinglərin suvarılması həyata keçirilib və inkişafı üçün aqrotexniki tədbirlər görülüb. Şəhərin ekomühitinin qorunması və zənginləşdirilməsinə xidmət edən aksiya həmçinin ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına və gənclərdə ekoloji tərbiyəni gücləndirərək, ekoloji problemlərə qarşı mübarizəyə yönləndirir. Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri prof.Əhmədova Sevda KTV-yə müsahibə verərkən meşəlik təsərrüfatına tinglərin verilməsinə görə təşəkkürünü bildirdi.