28 fevral 2023-cü il tarixdə Kimya-biologiya fakültəsi Elmi şurasının iclası oldu. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu.
1. 2022-2023-cü tədris ilinin payız imtahan sessiyasının yekunları və II yarım ildə fakültə kollektivinin qarşısında duran vəzifələr. 2. 2022-2023-cü tədris ilinin ikinci yarım il üçün elmi şuranın iş planının müzakirə və təsdiqi. 3. Müxtəlif fənlərdən kredit borcu olan tələbələrin müvafiq ixtisasların uyğun kurslarına göndərilməsinin təşkili 4. Gələcəyin müəllimi təqaüdünün verilməsi məsləhət bilinən tələbələrin müəyyənləşdirilməsi və rəsmiləşdirmək üçün təqdim olunması 5. Tələbələrin tədris vərəqələrinin təlimatı tələblərə uyğun işlənmə vəziyyəti 6. Qripə qarşı vaksinasiyanın aparılması üçün maarifləndirmənin davam etdirilməsi 7. Biologiya müəllimliyi ixtisası üçün 2020-ci ildə tərtib olunmuş tədris planının VII semestrdə X blokuna daxil edilmiş seçmə fənlərə aid (Müasir təlim texnologiyaları, Təhsilin idarə edilməsi, Müəllim psixologiyası) dərs saatlarının icrasının tənzimlənməsi 8. Professor-müəllim heyətinin seçkisi 9. Cari məsələlər