açıq dərs

Kimya kafedrasının dosent əvəzi Kəsəmənli Xəyalə Hamlet qızının Biologiya müəllimliyi ixtisasının II kurs tələbələrinə Ümumi kimya fənnindən “Kimyəvi rabitə nəzəriyyələr” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə dekan müavini fəxri prof.M.Həsənov, kafedra müdiri dosent A.Məmmədova, dos.əv.P.Hüseynova, b/m.S.Zeynalova, m.G.Zeynalova iştirak etdilər. Açıq dərs mövzuya aid planların təqdimatı ilə başladı. Dos.əv. X.Kəsəmənli kimyəvi rabitənin əsas parametrlərini rabitə enerjisi, rabitə bucağı, rabitə uzunluğu slaydlarla auditoriyaya suallarla müraciət etməklə ətraflı şəkildə izahatlar verdi. Dərsdə həmçinin kimyəvi rabitənin əmələgəlmə mexanizmini Valent Rabitələr Nəzəriyyəsi, Molekulyar Orbatal Nəzəriyyə və molekul quruluşunu qabaqcadan söyləmək üçün Hillespi tərəfindən təklif olunmuş nəzəriyyə, hibridləşmə nəzəriyyəsində geniş elmi izahatlar verilərək, uyğun slaydlar təqdim edildi. Açıq dərs dos.əv. X.Kəsəmənlinin tələbələrin biliyinin qiymətləndirilməsi ilə yekunlaşdı.