Fakültəmizin Ekologiya mühəndisliyi ixtisasının məzunu İmanov Səməndər İsaxan oğlu “İKİNCİ VƏTƏN MÜHARİBƏSİNDƏ” 21.10.2020-ci il tarixində Xudafərin körpüsü istiqamətində gedən döyüşlər nəticəsində qəhrəmancasına döyüşərək “ŞƏHİDLİK ZİRVƏSİ”nə ucalmışdır. Şəhidimiz “Cəbrayıl rayonunun azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.
Səməndər İsaxan oğlu İmanov 1998-ci il martın 20-də Salyanın Kürsəngi kəndində dünyaya göz açıb. Atası İsaxan kişi Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Səməndər İmanov 2015-2019-cu illərdə Gəncə Dövlət Universitetində təhsil alıb. Oxuduğu müddət ərzində Yeni Azərbaycan partiyasının üzvü, GDU-nun Gənclər təşkilatının sədr müavini kimi ictimai fəaliyyətdə olub. Həmişə ictimai fəallığı ilə seçilib. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Bir illik hərbi xidmətdən sonra geri dönüb. 2020-ci il səfərbərlik xidməti ilə yenidən hərbi xidmətə yollanıb.
21 oktyabr 2023-cü il SƏMƏNDƏRİN ŞƏHADƏTİNİN üçüncü ildönümüdür. Bu münasibətlə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədova tələbələrlə və universitet ictimaiyyəti ilə birgə SƏMƏNDƏR İMANOVUN əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. ALLAH ŞƏHİDİMİZƏ RƏHMƏT ELƏSİN!