Fizika kafedrasının baş müəllimi Musayev Seyfəddin Xəlil oğlunun Ekologiya mühəndisliyi və Kimya mühəndisliyi ixtisasının I kursunda “Fizikanın əsasları” fənnindən Sabit cərəyan qanunları. Sabit cərəyanın işi və gücü. Müxtəlif mühitlərdə elektrik cərəyanı mövzusunda açıq dərsi keçirildi. Müəllim sabit cərəyan, Om qanunu, dövrə hissəsi üçün və tam dövrə üçün Om qanununun intereqral və diferensial ifadələrini və s. təhlil etdi. Tələbələr mühazirənin gedişində aktiv iştirak edir. Yeri gəldikcə müəllim onların suallarını cavablandırdı. Mövzu ilə əlaqədar yeniliklər aydınlaşdırıldı. Mühazirə vaxtında yekunlaşdırıldı.