İlk olaraq “Zəfər günü” ilə bağlı keçirilən tədbirdə Vətən uğrunda canlarından keçən igid oğullarımızın-Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Giriş sözü ilə GDU-nun Humanitar məsələləri üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri açıq elan etdi. O, İkinci Qarabağ müharibəsindən və qazandığımız şanlı qələbədən geniş və ətraflı məruzə etdi. Sonra AMEA-nın müxbir üzvü prof.V.Novruzov Ali Baş Komandanımızın “Dəmir yumruq” əməliyyatı haqqında və qazandığımız uğurlardan danışdı. Fakültənin dekanı prof.İ.Alverdiyev tələbə-məzun şəhidlərimiz haqqında çıxış etdi. Bildirdi ki, şəhid Elgün Xıdırov və şəhid Səməndər İmanov haqqında xoş xatirələr çoxdur. Onların unudulmaz şücayəti, şərəfli döyüş yolu xalqımızın qəlbinə əbədi olaraq yazılmışdır. Daha sonra 44 günlük Vətən müharibəsinin iştirakçıları-qəhrəman oğullarımızdan olan Əli Bağırovun Qubadlı, Fizuli, Laçın döyüşlərinin xatirələrindən Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi-bacısı Könül Bayramova danışdı. Həmçinin həmin kafedradan baş müəllim Lalə Heydərli də çıxış edərək bildirdi ki, oğlu Hidayət Heydərli də bu müharibədə şərəfli döyüş yolu keçmişdir. Sonda tədbir bədii hissə ilə yekunlaşdırıldı.