Ümummilli lider HEYDƏR ƏLİYEVin anadan olmasının 100 illiyinə hƏSR EDİLMIŞ “GƏNC ALİMLƏRİN BEYNƏLXALQ PAYIZ MƏKTƏBİ” konfransı keçirildi

   Noyabrın 6-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda “Heydər Əliyev İli”nə həsr olunmuş gənc alimlərin beynəlxalq payız məktəbinin açılışı olub. Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli payız məktəbinin iştirakçılarını AMEA-nın Rəyasət Heyəti adından salamlayıb.  İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan gəncliyinə göstərdiyi qayğıdan danışılıb. Konfransda Gəncə Dövlət Universitetinin Botanika kafedrasının professoru Bayramova Aynur Akif qızının rəhbərliyi altında, Kimya-biologiya fakültəsinin Biologiya və Biologiya müəllimliyi ixtisaslarının II  kurs tələbələri Hüseynova Nəzrin və Ağayev Bəxtiyar öz elmi məruzələri ilə çıxış edib. İştirakçıların hər ikisi sertifikatla təltif olunub. Qeyd edək ki, beynəlxalq payız məktəbi noyabrın 9-da başa çatacaq.