Kimya kafedrasının müəllimi Qəhrəmanov Elşən Teymur oğlunun Kimya müəllimliyi ixtisasının II kurs tələbələrinə Ümumi kimya fənnindən “Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillərə aid təcrübələr” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, kafedra müdiri dosent A.Məmmədova, dos.M.Rzayeva, dos.əv.X.Kəsəmənli, b/m.Z.Əliyeva iştirak etdilər. Açıq dərs müəllimin auditoriyanı mövzuya dair sual-cavab etməsi ilə başladı. Sonra tələbələr növbəli şəkildə reaksiya sürətinə müxtəlif amillərin-maddə təbiətinin, qatılığın katalizatorun, temperaturun təsirini lövhədə müxtəlif reaksiyaları misal göstərməklə nəzəri cəhətdən əsaslandırdılar. Daha sonra qeyd olunan amillərin hər birinin reaksiya sürətinə təsiri təcrübi olaraq ayrı-ayrı kiçik qruplar tərəfindən yerinə yetirilərək nümayiş etdirildi və nəticələr laboratoriya dəftərinə qeyd edildi.