ege universitetindən dəyərli professor-müəllim heyəti fakültəmizdə qonaq oldular

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Günay Sadıqovanın Biologiya ixtisasının IV kursunda “İmmunologiya” fənnindən olan dərsində Ege Universitetindən professor doktor Harun Yalçın, professor doktor Fazilet Alayunt, dosent doktor Arzu Yazgı, dosent doktor Deniz Eroğul və Azərbaycan Dövlət Aqrar Universitetindən Əliyeva Rəqsanə, Fidan Sadıqova iştirak etdilər. Tədris və təlimdən yüksək səviyyədə razı qalan qonaqlar dərsi müasir üsullarla və mövzunu maraqlı, yaddaqalan təqdim etdiyi üçün Günay Sadıqovaya təşəkkür etdilər. Qonaqlar gedərkən dosent Günay Sadıqovaya və fakültə dekanı prof. İsfəndiyar Alverdiyevə Gəncə Dövlət Universitetindən xoş təəssüratlarla ayrıldıqlarını bildirdilər.