açıq dərs

Kimya kafedrasının baş müəllimi Sevinc Vilayət qızı Zeynalovanın Biologiya müəllimliyi ixtisası III kurs tələbələrinə Biokimya fənnindən “Nuklein turşularının tərkibi və xassələri” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Kimya-biologiya fakültəsinin dekanı prof. İ.Alverdiyev, Azad Həmkarlar Komitəsinin sədri A.Qasımova, kafedra müdiri dos. A. Məmmədova, dos.əv. P.Hüseynova,  k.ü.f.d., b.m. E.Abbasov, b.m. Y.Hacıyev, b.m. L.Namazova iştirak etmişlər. Açıq dərs müəllimin auditoriyaya mövzuya aid mötivasiya ilə müraciət etməsi ilə başladı. Sonra müəlim  DNT və RNT-nin kəşf tarixi, quruluşu, Çarqaff qaydaları, tələbələrə növbəti illikdə nuklein turşularının insan sağlamlığı, onun müalicəsindəki roluna aid gələcək üçün proqrnozlaşdırılan elmi məlumatları yüksək aktivliklə dinləyərək mövzuya dair maraqlarını fənn müəlliminə suallar verməklə bildirirdilər. Dərsdə DNT və RNT-nin genetik material kimi reallaşması, informasiya tutumu, funksiyasının təhlili slaydlarla nümayiş etdirildi. Ümumilikdə dərs mövzuya dair son nəzəri, elmi yenilik və tədqiqat məlumatlarının  nümayiş etdirilməsi ilə sona çatdı.