AMEA-nın müxbir üzvü, prof. Vaqif Novruzovun biblioqrafik məcmuəsi çapdan çııxmışdır

Azərbaycanın elm və mədəniyyət xadimləri silsiləsindən AMEA-nın müxbir üzvü, prof.Vaqif Novruzovun biblioqrafik məcmuəsi Bakı Elm nəşriyyatı tərəfindən kütləvi tirajla nəşr olunmuşdur. Kitab AMEA Rəyasət Heyətinin 19 iyun 2023-cü il tarixli 20/6 qərarı ilə çapa təqdim olunmuşdur. Kitab V.Novruzovun həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biblioqrafiyasını – kitab və məqalələrini və s. əks etdirir.

Kitaba Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın, akademik Fuad Əliyevin, akademik Urxan Ələkbərovun, AMEA-nın müxbir üzvü Elşad Qurbanovun Vaqif Novruzovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında oçerkləri daxil edilmişdir.

Kitab biologiya elm sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.