Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti Fərqanə Qasımovanın Ekologiya mühəndisliyi ixtisasının I kursunda “Ekologiya mühəndisliyi” fənnindən “Şəhərsalma sənədlərində ətraf mühitin mühafizəsi” mövzusunda açıq dərsi oldu. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, kafedra müdiri prof.S.Əhmədova və digər əməkdaşlar iştirak etdilər. Dərsə aid bütün sənədlər qaydasında idi. Açıq dərs sonda əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi.