Ekologiya və təbiəti mühafizə kafedrasının əyani doktorantı Musayev Vüsal Ramiz oğlunun (Elmi rəhbəri b.e.d., professor Sevda Əhmədovadır) işğaldan azad olmuş ərazilərdən biri olan Zəngilanda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğuna aid “Bəsitçay Dövlət Təbiət Qoruğunun ekoloji qiymətləndirilməsi və bərpası yolları” mövzusunda dissertasiyasının ilkin müzakirəsi keçirildi. Musayev mövzunu yüksək səviyyədə təqdim etdi və ona ünvanlanan sualları elmi əsaslarla işıqlandırdı. Vüsala gələcək işlərində uğurlar arzulayırıq!