açıq dərs

Kimya kafedranın əməkdaşı dosent Samirə Mehdiyevanın Kimya və biologiya müəllimliyi ixtisası üzrə III kurs tələbələrinə Üzvi kimya-2 fənnindən “Bir, iki və üçatomlu fenollar, spirtlər xinonlar” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, kafedra müdiri dos. A.Məmmədova, dekan müavini prof.M.Həsənov, lab.Ş.Qurbanova, b/l. A.Bayramova iştirak etdilər.

Dos.S.Mehdiyeva dərsə sənayedə fenol istehsalı prosesinə aid qısamüddətli video nümayiş etdirdikdən sonra tətbiq sahələri, sintez üsulları və kimyəvi xassələrini əks etdirən çoxsaylı slaydlar nümayiş etdirdi. Dərsin sonunda tələbələr mövzuya aid yoxlama testləri slaydda əks olunan QR kodu vasitəsilə telefonları ilə oxudaraq cavablandırdılar. Ümumilikdə dərs yüksək səviyyədə auditoriyanın aktivliyi ilə yekunlaşdı.