Azərbaycanda keçirilən dünyamiqyaslı COP29 tədbirinə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Əhmədova Sevda Zahid qızı dəvət olunmuşdur. Bu dəvət 14.11.2024-22.11.2024-cü il tarixlərini əhatə edir. Bu tədbirə şəhərimizdən yalnız Sevda xanım dəvət olunmuşdur. İki böyük zonadan (yaşıl və mavi) ibarət olan bu tədbir möhtəşəm və planlı şəkildə keçirilir. Tədbirdə 196 ölkədən nümayəndə iştirak edir. Sevda xanım ən böyük salon olan mavi zonanın iştirakçısıdır. Yaşıl zonada isə yerli təşkilatlar iştirak edir. O, öz müsahibələrində Gəncə Dövlət Universitetini təmsil etdiyini söyləyib.