elmi şura

22 noyabr 2024-cü il tarixdə Kimya-biologiya fakültəsi Elmi şurasının iclası oldu. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olundu. 1. İxtisas kafedralarında 2024-cü ilə planlaşdırılmış elmi-tədqiqat işlərinin illik hesabatlarının müzakirə və təsdiqi. 2. Rektorluğun 23.02.2023-cü il tarixli 5/65 saylı əmri ilə fakültədə yaradılmış əmək intizamının möhkəmləndirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün açıq dərslərə nəzarət komissiyasının gördüyü işlər. 3. Tələbə elmi-tədqiqat işlərinin icra vəziyyəti (I kurs tələbələrinin tədqiqata cəlb edilməsi). 4. İxtisaslar üzrə 2024-2025-ci tədris ilinin birinci yarısına planlaşdırılmış dərs saatlarının icra vəziyyəti. 5. İxtisas kafedralarının doktorant və magistrantlarının atestasiyası. 6. Biologiya müəllimliyi ixtisasında kurslar üzrə dərslərin tədrisi vəziyyətinin təhlili. 7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 03.09.2024-cü il tarixli KQ-12 №li qərarının tələblərinə uyğun olaraq fakültədə aparılan elmi-metodiki işə rəhbərlik üçün Fakültə Metodik Qrupunun yaradılması. 8.Prof.müəllim heyətinin seçkisi. 9. Cari məslələr