açıq dərs

Botanika kafedrasının baş müəllimi biologiya üzrə fəlsəfə doktoru Fidan İsayevanın Biologiya müəllimliyi ixtisasının IV kursunda “Torpaqşünaslıq” fənnindən “Torpağın eroziyası” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü Prof.V.Novruzov, prof.M.Həsənov, prof.A.Bayramova və dos.əv.R.Quliyeva iştirak etdilər. Əməkdaşlar dərsin gedişindən razı qaldılar. Dərsin təchizatı tam idi. Slaydlı təqdimat göstərildi. Sənədlər qaydasında idi. Açıq dərs sonda əməkdaşlar tərəfindən yüksək qiymətləndirildi.