

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Lalə Abdullayevanın Biologiya ixtisasının II kursunda “Onurğalı heyvanlar” fənnindən “Amniotların səciyyəvi xüsusiyyətləri. Sürünənlərin morfologiyası, fiziologiyası, müasir təsnifatı. Mühüm dəstələrinə aid növlərin həyat tərzi, təbiətdə yayılması” mövzusunda açıq dərs keçirildi. Müəllimənin bütün sənədləri qaydasında idi. Dərs müasir təlim metodları üzərində qurulmuşdu. Dərsin izahında müəllim slaydlardan və əyani vəsaitlərdən-reptililərin skeleti, sürünənlərin daxili və xarici quruluşuna aid sulu (formalində olan) preparatlardan istifadə etdi. Dərsdə tələbələr fəal iştirak etdilər. Müəllimə mövzunu tam əhatəli, plana uyğun olaraq, maraqlı və əvvəlki dərslə əlaqəli şəkildə izah etdi. Açıq dərsdə kafedra müdiri prof.V.Məmmədova və kafedra əməkdaşları iştirak etdilər. Dərs tələbələr tərəfindən tam mənimsənildi.
