Allah rəhmət eləsin!

Fakültəmizə ağır itki üz vermişdir. Kimya kafedrasının (1965-2022-ci illər) baş müəllimi Alverdiyeva Firduz Hidayət qızı 12 fevral 2025-ci il  tarixdə vəfat etmişdir. Baş müəllim Alverdiyeva Firduz Hidayət qızı 1942-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Kimya-biologiya ixtisasına daxil olmuş, 1970-ci ildə həmin İnstitutu bitirmişdir. O, pedaqoji fəaliyyəti dövründə 60-a yaxın elmi məqalə və 6 ədəd fənn proqramının müəllifi olmuşdur. Dəfələrlə universitetin “Fəxri fərman”ları ilə təltif olunmuşdur.  

Ailəsinə və yaxınlarına dərin hüznlə bağsağlığı verir, səbr diləyirik!