Ekokluba sədr müavini seçildi

Gəncə Dövlət Universitetinin Ekoklubunda keçirilən seçkilərin nəticələri bəlli oldu. Klubun idarə heyətində mühüm vəzifələrdən biri olan sədr müavini postuna namizədlər arasında ciddi rəqabət yaşandı.

Seçkinin qalibi Rəşid İsmayılov oldu. Ekologiya Mühəndisliyi 1-ci kurs tələbəsi olan Rəşid 41 səs toplayaraq sədr müavini seçildi. O, Ekoklubun inkişafına töhfə verməyə və ekoloji maarifləndirmə işlərini daha da gücləndirməyə çalışacağını bildirib.

Digər namizədlərin nəticələri:

Fidan Məmmədli (Ekologiya 2-ci kurs) – 14 səs

Nərmin Cabbarlı (Ekologiya 2-ci kurs) – 7 səs

Nərmin Tağıyeva (Ekologiya 2-ci kurs) – 4 səs

Bu seçkilər tələbələrin ekoloji fəaliyyətlərə olan marağını və demokratik iştirakını bir daha sübut etdi. Seçkidə iştirak edən bütün namizədləri təbrik edir, onların Ekoklubun inkişafına verdiyi töhfələri yüksək qiymətləndiririk. Yeni sədr müavinimiz Rəşid İsmayılova isə fəaliyyətində uğurlar arzulayırıq.

Ekoklub olaraq ətraf mühitin qorunması və ekoloji şüurun artırılması yolunda birgə addımlamağa davam edirik.