“Cinsiyyətin genetikası” mövzusunda açıq dərs keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosent əvəzi Güləbatın Hümbətovanın Biologiya ixtisasının II kursunda “Heyvan genetikası və ekoloji genetika” fənnindən “Cinsiyyətin genetikası” mövzusunda açıq dərsi keçirildi. Müəllim mövzunu əhatə edən məlumatları ardıcıllıq ilə tələbələrə mənimsətdi. Dərsdə tələbələr fəal iştirak etdilər. Açıq dərsdə kafedra müdiri prof.V.Məmmədova və kafedra əməkdaşları iştirak etdilər.