“Dəyirmi qurdlar tipi” mövzusunda açıq dərs keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Şəlalə Hacıyevanın Biologiya ixtisasının I kursunda “Dəyirmi qurdlar tipi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə əyani vəsaitlərdən, tablo və slaydlardan istifadə olundu. Tələbələri daha çox maraqlandıran insan askaridinin inkişaf mərhələsi oldu. Sualın tam izahı və gigiyena qaydalarına necə riayət edilməsi geniş izah edildi.

Dərsdə dekan prof.İ.Alverdiyev, kafedra müdiri prof.V.Məmmədova və kafedra əməkdaşları iştirak etdilər. Sonda açıq dərs əla qiymətləndirildi.