
30 sentyabr 2025-ci il tarixdə Kimya və biologiya fakültəsi Elmi şurasının iclası oldu. İclasda aşağıdakı məslələr müzakirə edildi: Gündəlik məsələlər 1. 2024/2025-ci tədris ilinin yekunları. Fakültə dekanlığının hesabatı. 2. 2025/2026-cı tədris ilinə hazırlıq işlərinin yekunlaşdırılması, fakültə kollektivinin qarşısında duran vəzifələr. 3. Kafedralara verilmiş tədris tapşırıqlarının (2025/2026-cı tədris ili üçün) professor-müəllim heyəti arasında bölgüsünün aparılma vəziyyəti. Nəzərdə tutulmuş tapşırıqların işlənilməsi, sillabusların tərtibi və s. 4. Elmi ad dərəcəsi olmayan baş müəllimlərə bakalavriat və magistratura təhsil səviyyələri üzrə mühazirə, istehsalat təcrübəsi, buraxılış iş və s.-nin verilməsi. 5. Kredit borcu olan tələbələrin fənn götürmə işini yekunlaşdırmaq və rəsmiləşdirilməyə təqdim olunması. 6. Birinci kurs tələbələri ilə aparılacaq ideya siyasi tərbiyə işləri. Tələbələrə təlimatların çatdırılması, fərdi planların hazırlanması. 7. İkili diplom layihəsi üzrə Biologiya ixtisasının III kursunda tədrisin təşkili. 8. Magistrantlara dissertasiya və son kurs tələbələrinə buraxılış işi mövzularının planlaşdırılması. (mövzu seçimində magistrant və tələbələrin arzu və təkliflərinin əsas götürülməsi nəzərə alınmaqla)
