fakültəmizin tələbələri gəncə memorial kompleksini ziyarət etdilər

 17 oktyabr tarixində Gəncəyə mülki şəxsləri hədəf alan beşinci raket hücumu baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla 16 nəfər Şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir. Həmin günün anım tarixinə Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi, I Qarabağ müharibəsi veteranı Fikrət Hüseynov, fənn müəllimi Zülfiyyə Ələkbərova və fakültənin tələbələri Gəncə Memorial Kompleksini ziyarət etdilər. Müəllimlər 44 günlük müharibə və müharibə dövrünə aid fövqəladə hallar haqqında tələbələrə geniş izahlı məlumatlar verdilər.