“Heyvanlara antropogen təsirlərin nəticəsi” mövzusunda açıq dərs keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi b.ü.f.d. Sevinc Mahmudovanın Ekologiya ixtisasının III kurs tələbələrinə Heyvan ekologiyası fənnindən “Heyvanlara antropogen təsirlərin nəticəsi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri prof. Sevda Əhmədova və kafedranın müəllimləri iştirak etmişlər. Müəllim mövzunu interaktiv təlim metodundan istifadə etməklə işıqlandırmışdır. Heyvanlara antropogen təsirlərin nəticəsindən  çoxlu sayda müxtəlif nümunələr çəkməklə tədris aparmışdır. Ümumilikdə açıq dərs müəllim-tələbə aktivliyi şəraitində baş tutmuşdur.