“Azərbaycanda pambıq istehsalında torpaq, qida maddələri və su ilə bağlı ağıllı kənd təsərrüfatı təcrübələrinin genişləndirilməsi” layihəsi uğurla həyata keçirilmişdir

2022–2025-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə birgə icra olunan “Azərbaycanda pambıq istehsalında torpaq, qida maddələri və su ilə bağlı ağıllı kənd təsərrüfatı təcrübələrinin genişləndirilməsi” layihəsi uğurla həyata keçirilmişdir. Layihə çərçivəsində “Ekologiya və təbiəti mühafizə” kafedrasının baş müəllimi, b.ü.f.d İsmayılzadə Natiqə Namiq qızı fəal iştirak etmiş, innovativ yanaşmaların tətbiqi və əldə olunan uğurlu nəticələrə verdiyi mühüm töhfələrə görə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tərəfindən təltif olunmuş, eyni zamanda layihə üzrə iki beynəlxalq sertifikata layiq görülmüşdür.