Bitki mühafizə və texniki bitkilər Elmi Tədqiqat İnstitutunda təcrübə keçirilir

16.02.20216-cı il tarixində Ekologiya və Ekologiya mühəndisliyi ixtisasının IV kurs tələbələri İstehsalat təcrübəsinə başlayıb. İlk təcrübə keçdikləri ünvan ARTN Bitki mühafizə və texniki bitkilər Elmi Tədqiqat İnstitutudur. Təcrübələr Biotexnologiya və Molekulyar diaqnostika laboratoriyasında aparılır. Burada tələbələr əyani olaraq bitkinin DNT-sini ekstraksiya edirlər. Torpaqşünaslıq laboratoriyasında isə tələbələr torpaqda kalium, azot və digər elementlərin miqdarını təyin edərək nəzəriyyədə əldə etdikləri bilikləri möhkəmləndirirlər.