Kimya və Biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) İdarə Heyətinin seçki iclası keçirildi

10 mart 2026-cı il tarixində fakültəmizdə Tələbə Elmi Cəmiyyətinin (TEC) İdarə Heyətinin seçki iclası keçirildi. Tədbirdə Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə dekan müavini Yeganə Aslanova, Universitet üzrə TEC sədri Lalə Ələkbərova, fakültə üzrə TEC sədri Leyla Süleymanova, sədr müavini Aysel Mikayılova, fakültə TGT sədri Əziz Əzizli, eləcə də idarə heyətinə namizədliyini irəli sürmüş tələbələr iştirak etmişlər. Iclası giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə müasir təhsil sistemində tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasının prioritet məsələ olduğunu vurğulamışdır. O, gənclərin elmi təşəbbüslərinin dəstəklənməsinin gələcək akademik nailiyyətlər üçün fundamental baza yaratdığını qeyd etmişdir. Daha sonra Humanitar məsələlər üzrə dekan müavini Yeganə Aslanova çıxış edərək fakültədə tələbələrin elmi potensialının reallaşdırılması istiqamətində görülən işlərdən bəhs etmişdir. Universitet üzrə TEC sədri Lalə Əkbərova isə seçki prosesinin gedişatı və namizədlər haqqında iştirakçılara qısa məlumat vermişdir. Şəffaf və demokratik şəraitdə keçən qapalı səsvermənin nəticələrinə əsasən, Kimya və Biologiya fakültəsi üzrə TEC-in yeni İdarə Heyəti aşağıdakı tərkibdə təsdiq edilmişdir:

Sədr- Məmmədzadə Lalə Hikmət

Birinci dərəcəli sədr müavini – Əsədzadə Fuad Taleh

İkinci dərəcəli sədr müavini – Mahmudzadə Çiçək Natiq

Katib – Ələsgərova Ləman Eldar

Üzvlər üzrə məsul şəxs – Sultanmədova Səkinə Rəşad

Yeni seçilən gəncləri təbrik edirik, onlara bu şərəfli yolda yeni nailiyyətlər və uğurlar arzulayırıq!