
Təbiətin oyanış fəsli yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmış, sevilmiş və böyük məhəbbətlə qeyd olunmuşdur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur. Novruzun gəlişi insanlarda ülvi duyğular oyadır, hər kəsə sonsuz sevinc və fərəh bəxş edir. Novruz həm də həmrəylik bayramıdır. Milli həmrəyliyimizin rəmzinə çevrilmiş bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz də təntənə ilə qeyd edirlər.
Novruz Bayramınız mübarək olsun!
