Fakültəmizin müəllimi fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb

Ekologiya və təbiəti mühafizə kafedrasının müəllimi Musayev Vüsal işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda apardığı elmi tədqiqatlara görə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarına əsasən, Musayev Vüsal Ramiz oğluna 2426.01 – Ekologiya ixtisası üzrə biologiya elm sahəsində fəlsəfə doktoru elmi dərəcəsi verilib. Qeyd edək ki, tədqiqat işləri kafedranın müdiri, prof. Sevda Əhmədovanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun ekoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində aparılıb.