

Botanika kafedrasını dosenti Yeganə Aslanovanın Biologiya ixtisasının (ikili diplom layihəsi) III kursunda “Virusologiya” fənnindən “Virusların çoxalması, bakteriofaqlar” mövzusunda açıq dərsi keçirildi. Dərsdə tədris məsələləri üzrə prorektor prof.İsfəndiyar Alverdiyev, kafedra müdiri prof. Vaqif Novruzov, fəxri prof. Mirzə Həsənov, dos. Zilxumar İsmayılova, prof. Aynur Bayramova, və digər əməkdaşlar iştirak etdilər. Dərsdə bakteriofaqların quruluşu, digər mikroorqanizmlərdən fərqi açıqlandı. Həmçinin bakteriofaqla bakteriya hüceyrəsi arasında əlaqənin 4 mərhələsi, yetkin faq, profaq və vegetativ faq haqqında geniş məlumat verildi. Dərs sonda əla qiymətləndirildi.
