“Alüminium və onun birləşmələrinə aid təcrübələr” mövzusunda açıq dərs keçirildi

Kimya kafedrasının müəllimi Elşən Qəhrəmanovun Kimya mühəndisliyi ixtisasının I kurs tələbələrinə “Alüminium və onun birləşmələrinə aid təcrübələr” mövzuda açıq dərsi keçirildi. Açıq dərsdə Kimya kafedrasının müdiri dos. A.Məmmədova, k.ü.f.d. b/m. V.Məmmədova, b/m. S.Zeynalova, b/m.L.Namazova, müəl.İ.Tağılı iştirak etdilər. Müəllim açıq dərsə mövzuya aid nəzəri suallar verməklə başladı. Bir neçə tələbə aparılacaq təcrübələrin gedişini danışaraq reaksiyaların tənliklərini lövhədə qeyd etdi. Sonra tələbələr açıq dərsin mövzusuna aid təcrübələr nümayiş etdirib, nəticələri müzakirə etdilər. Dərsin sonunda tələbələrə müəllim tərəfindən hazırlanmış mövzuya aid aparılması çətin olan təcrübələrin videorolikləri nümayiş etdirildi.