

Kimya kafedrasının professoru Tağı İbrahim oğlu Tağıyevin Kimya müəllimliyi ixtisası üzrə IV kurs tələbələrinə Qeyri-üzvi kimya və üzvi kimyanın tədrisi metodikası fənnindən “Maddənin quruluşu” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə Kimya və biologiya fakültəsinin dekanı, k.e.d., prof. İsfəndiyar Alverdiyev, kafedra müdiri dos. Aynur Məmmədova, b/m. Vüqarə Əliyeva, b/m. Leyli Namazova, b/m. Sevinc Zeynalova və müəllim İlahə Tağılı iştirak etmişlər. Açıq dərs mövzunun tədrisi zamanı nəzərdə tutulmuş planlar çoxsaylı slaydlar nümayiş etdirilərək izah edildi. Dərsin sonunda tələbələrə mövzuya dair yoxlama testlər verilərək qiymətləndirilmə aparıldı.
