


Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti (att.) Lalə Abdullayevanın Biologiya ixtisasının II kurs tələbələrinə “Onurğalı heyvanlar” fənnindən “Sümüklü balıqların quruluş icmalı, fiziologiyası, təsnifatı, həyat tərzi və təbiətdə yayılması” mövzusunda açıq dərsi keçirilmişdir. Mühazirə dərsi həm zəngin elmi məzmunu, həm də müasir interaktiv təlim metodlarının tətbiqi ilə diqqət çəkmişdir. Dərsdə kafedranın professor-müəllim heyətindən kafedra müdiri prof. Vəfa Məmmədova, prof. Tükəzban Rüstəmova, dos. Güləbatın Hümbətova, b/m.Şəlalə Hacıyeva, b.e.f.d. b/m. Ülkər Bayramova, müəl. Aytac Məmmədova, müəl. Ülviyyə Alşanlı iştirak etmişdir. Mühazirə zamanı universitet proqramı ilə dünya ixtiologiya elminin ən son taksonomik və statistik məlumatları (məsələn, dünyadakı balıq növlərinin müasir sayı və şirin su paradoksu) uğurla sintez edilmişdir. Qığırdaqlı və sümüklü balıqların anatomik və hidrodimanik fərqləri, onların üzmə mexanizmləri slaydlar üzərində nümayiş etdirilən xüsusi müqayisəli cədvəllər, sxemlər, əyani vəsaitlər (formalində fiksə olunmuş balıq növləri) və şəkillər vasitəsilə tələbələrə əyani şəkildə çatdırılmışdır. Şüaüzgəclilər və kürəküzgəclilər yarımsinflərinin mühüm dəstələri (Nərəkimilər, Siyənəkkimilər, Çəkikimilər və s.) izah olunarkən, Qambaquziya, Quppi və dəniz atı kimi maraqlı bioloji canlılar üzərində qurulan müzakirələr tələbələrin dərsə olan marağını və fəallığını yüksək nöqtəyə çatdırmışdır. Açıq dərs elmi materialın həcminə uyğun olaraq tam dəqiqliklə idarə olunmuşdur.
